Modern.az

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşdu - bələdçi öldü

Sumqayıtda yük qatarı ilə sərnişin avtobusu toqquşdu - bələdçi öldü

Aktual

10 Mart 2021, 15:32

Sumqayıt şəhərində yük qatarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Haci Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

 

Belə ki, yük qatarı ilə avtobus toqquşub. Nəticədə Sumqayıt şəhər sakini, teplovozun bələdçisi Mübariz Abdullayev ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi