Modern.az

Hakerlər bütün dünyada kameraları sındırıb gizli görüntülər əldə etdilər - FOTO

Hakerlər bütün dünyada kameraları sındırıb gizli görüntülər əldə etdilər - FOTO

Aktual

10 Mart 2021, 22:06

Hakerlər qrupu bütün dünyada “Verkada” şirkətinə məxsus 150 000 kameranın sındırıldığını elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” kibercinayətkar qrupun üzvünə istinadla xəbər verib.

 

Nəşrin yazdığına görə, kibercinayətkarlar xəstəxanalarda, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və digər müəssisələrdə kameralara giriş əldə ediblər. Bunların arasında Şanxayda “Tesla” anbarı və “Verkada”nın öz ofisi də var.

 

Bildirilir ki, hadisəyə görə məsulliyyəti öz üzərinə götürən beynəlxalq hakerlər qrupunun məqsədi video nəzarətin hər yerdə olduğunu və kameralara girməyin asanlığını nümayiş etmək idi.

 

Mənbədən bildirilib ki, kiber cinayətkarlar nəinki uzaqdan idarə oluna bilən 150 000 kameraya, həm də şirkətin bütün arxivlərinə giriş əldə ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı