Modern.az

Lənkəranda yol qəzası - xəsarət alan var

Lənkəranda yol qəzası - xəsarət alan var

Aktual

16 Mart 2021, 20:18

Lənkəran rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Qumbaşı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Şahin Füzuli oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çarpılıb. Nəticədə Ş.Hüseynov ağır bədən xəsarətləri alıb. Yaralıya travmatik şok diaqnozu qoyulub və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi