Modern.az

Artıq çəkili insanlar koronavirusun super ötürücüləri hesab edildi

Artıq çəkili insanlar koronavirusun super ötürücüləri hesab edildi

Aktual

17 Mart 2021, 08:52

Artıq çəkili insanlar COVID-19-un super ötürücüləridir.

 

Modern.az xəbər verir ki, Massaçusetts Texnologiya İnstitutunun və Harvardın alimlərinin birgə apardıqları araşdırmadan sonra bu məlum olub.

 

Alınan nəticələrə görə, yüksək bədən kütlə indeksi (BKİ) olan insanlar və yaşlılar daha çox virus hissəcikli tənəffüs damlaları ifraz edirlər.

 

Mütəxəssislər super yayıcılığın selikli qişanın zədələnməsi ilə əlaqəli olduğunu düşünürlər. Məlumdir ki, yaşlı və kök insanlar koronovirusu daha ağır formada keçirirlər, ona görə də bu problem onlarda daha çox müşahidə olunur.

 

Alimlər onu da vurğulayıblar ki, xəstəliyin gedişatının ağırlığı da koronavirusun yayılma sürətinə təsir edir. Ağciyərlər ciddi şəkildə təsirlənən insan super ötürücü ola bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?