Modern.az

Türkiyədə parlament partiyasının fəaliyyəti dayandırıla bilər

Türkiyədə parlament partiyasının fəaliyyəti dayandırıla bilər

Aktual

17 Mart 2021, 20:23

Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Türkiyə Konstitusiya Məhkəməsinə müraciət olunub.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, ittiham aktı Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin tərəfindən hazırlanıb.

 

İttiham aktında HDP üzvlərinin bəyanatları ilə ölkəni parçalamaq məqsədi güddükləri qeyd olunub.

 

Qeyd edək ki, HDP Türkiyə parlamentində təmsil olunan 5 partiyadan biridir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi