Modern.az

FED-dən yeni qərar

FED-dən yeni qərar

Aktual

17 Mart 2021, 22:25

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) 2021-ci ildəki ikinci iclasının nəticəsinə əsasən növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.

 

Xatırladaq ki, FED cari ildə yanvarın 27-də keçirilən ilk iclasında uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

 

Qeyd olunurdu ki, komitə (Açıq bazarda əməliyyatlar üzrə) əmək bazarı şərtləri məşğulluğun maksimum qiymətləndirilməsinə uyğun səviyyələrə çatana qədər və inflyasiya artımı 2 faiz olana kimi federal fondlar üzrə payın məqsədli diapazonu səviyyəsini 0-0,25% səviyyəsində saxlamaq niyyətindədir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?