Modern.az

Ermənistanın məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir - Hikmət Hacıyev

Ermənistanın məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir - Hikmət Hacıyev

Aktual

18 Mart 2021, 09:36

Ermənistanın minalanmış ərazilərlə bağlı məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində bildirib.

 

H.Hacıyev vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması fərq qoymadan insanları öldürür, iqtisadiyyata və ətraf mühitə ciddi ziyan vurur:

 

“Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina edir. Ermənistanın bu məsuliyyətsiz davranışları ciddi şəkildə pislənməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib