Modern.az

Yaponiyada atom elektrik stansiyası fəaliyyətini dayandırdı

Yaponiyada atom elektrik stansiyası fəaliyyətini dayandırdı

Aktual

20 Mart 2021, 09:10

Yaponiyada "Tokai 2" AES fəaliyyətini dayandırıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən atom elektrik stansiyası ölkənin şimalındakı İbaraki əyalətində yerləşir.

 

AES-in fəaliyyətini dayandırmasına səbəb isə fövqəladə vəziyyət zamanı üçün nəzərdə tutulmuş regional evakuasiya planlarında qüsurların aşkar olunmasıdır.

 

Belə ki, AES-də hər hansı qəza baş verərsə, hazırki planla bölgə əhalisinin təxliyəsi lazımi səviyyədə həyata keçirilə bilməz. Buna görə də yeni evakuasiya planının hazırlanması bitənə qədər AES fəaliyyət göstərməyəcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?