Modern.az

ÜST-ün Baş direktoru Azərbaycana təşəkkür etdi

ÜST-ün Baş direktoru Azərbaycana təşəkkür etdi

Aktual

6 Aprel 2021, 09:35

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.

 

Modern.az-ın məlumatına görə, Baş direktor paylaşımında görüşdə “COVID-19” pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.

 

 
Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!