Modern.az

Hacıqabulda yas mərasimi keçirənlər CƏRİMƏLƏNDİ

Hacıqabulda yas mərasimi keçirənlər CƏRİMƏLƏNDİ

Aktual

7 Aprel 2021, 11:28

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Axtaçı Şirvan kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

 

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

 

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı