Modern.az

Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib  

Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib  

Aktual

7 Aprel 2021, 13:01

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov növbəti onlayn qəbulunu keçirib. Qəbulda ayrı-ayrılıqda 30-a yaxın vətəndaşın müraciəti dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb və tapşırıqlar verilib.

 

Modern.az xəbər verir ki, qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?