Modern.az

Paşinyan Kazandan qayıda bilmir

Paşinyan Kazandan qayıda bilmir

Aktual

30 Aprel 2021, 22:16

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və rəhbərlik etdiyi nümayəndə heyəti Kazandan İrəvana qayıda bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilir ki, buna səbəb Paşinyanla heyətini geri qaytarmalı olan təyyarədə texniki nasazlığın yaranmasıdır. Məlumatı Ermənistan hökumətinin mətbuat xidməti də təsdiqləyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Problem həll olunmasa, Paşinyanla nümayəndə heyəti başqa təyyarə ilə qayıdacaqlar.

 

Qeyd edək ki, Paşinyan  Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak etmək üçün Kazana gedib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı