Bu gün, mayın 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Rusiya Federasiyasına (RF) rəsmi səfəri başlayacaq.
Bu barədə Modern.az-a Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 20-də Baş nazirin və nümayəndə heyətinin Rusiya Federasiyası Hökumətinin sədri M.V.Mişustinlə və RF hökumətinin üzvləri ilə görüşü keçiriləcək.