Modern.az

Baş Prokurorluq saxta COVİD-19 testlərini ARAŞDIRIR

Baş Prokurorluq saxta COVİD-19 testlərini ARAŞDIRIR

Aktual

19 May 2021, 15:40

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus  infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:

 

“Qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı