Modern.az

Hesablama Palatası 2020-ci ilin büdcəsinin icrası ilə bağlı rəyini verdi

Hesablama Palatası 2020-ci ilin büdcəsinin icrası ilə bağlı rəyini verdi

Aktual

19 May 2021, 15:46

Hesablama Palatasının üzvlərinin və struktur bölmə rəhbərlərinin iştirakı ilə COVİD-19 pandemiya dövrünün qaydalarının tələblərinə uyğun olaraq Kollegiya iclası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə palata məlumat yayıb.

 

Məlumata görə, kollegiya iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi müzakirə edilib, 2020-ci ilin dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühiti xarakterizə edən əsas meyllər, hesabat ili üzrə dövlət büdcəsinin gəlirləri, xərcləri, büdcə kəsiri və dövlət borcu üzrə göstəricilərin icra vəziyyəti barədə ətraflı təhlil aparılmış, nəticə və tövsiyyələr verilib.

 

Kollegiyada “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin təsdiq edilməsi və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı