Modern.az

Laçında su elektrik stansiyası istifadəyə verildi

Laçında su elektrik stansiyası istifadəyə verildi

Aktual

19 May 2021, 17:14

Laçın rayonunda "Güləbird" kiçik su elektrik stansiyası istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

 

Onun sözlərinə görə, stansiyadakı təmir-bərpa işləri başa çatıb: "Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək".

 

T.Ammayev əlavə edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı