Modern.az

Azərbaycan futbolunda ilk -  ölkə çempionatının medalı Şəhidin ailəsinə veriləcək

Azərbaycan futbolunda ilk -  ölkə çempionatının medalı Şəhidin ailəsinə veriləcək

Aktual

19 May 2021, 19:25

Azərbaycan futbolu tarixində ilk dəfə ölkə çempionatının mükafatı şəhidə veriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərarı Ağdamın “Qarabağ” klubunun rəhbərliyi verib.

 

Əyalət təmsilçisi Vətən Müharibəsində şəhid olan azarkeş Məhəmmədəli İbrahimlinin adını medal alacaq komanda üzvlərinin siyahısına daxil edib. O, ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək.

 

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadənin sözlərinə görə, mükafat yaxın günlərdə şəhidin ailəsinə veriləcək.

 

Qeyd edək ki, Azərbaycan çempionu və gümüş mükafatçının adına saat 20:30-da başlayacaq “Neftçi” – “Qarabağ” matçında aydınlıq gələcək.

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...