Modern.az

Azərbaycanla Qazaxıstan arasında müzakirələr

Azərbaycanla Qazaxıstan arasında müzakirələr

Aktual

19 May 2021, 21:20

Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı investisiya qoyuluşu iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında, həmçinin "Qazİndustry" Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları ilə görüşündə qeyd edilib.

 

Görüşdə "Astana-Texnopolis" Xüsusi İqtisadi Zonasında Azərbaycan investisiyaları ilə tikilən parfümeriya zavodunun imkanları və perspektivləri, habelə İqtisadi Zonanın ərazisində Azərbaycan investorları tərəfindən digər layihələrin həyata keçirilməsi imkanları ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdən sonra parfümeriya zavodunda tikintinin gedişatı ilə tanışlıq olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı