Modern.az

Paytaxtda avtobus velosipedçini vurdu

Paytaxtda avtobus velosipedçini vurdu

Aktual

19 May 2021, 22:49

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, qəza Rəşid Behbudov küçəsində baş verib.

 

1997-ci il təvəllüdlü Əhmədov Qoşqar Sərvər oğlu idarə etdiyi velosipedlə yol kənarında hərəkətdə olan zaman onu “Bakubus MMC”yə məxsus 2 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

 

Yaralı xəstəxanaya yerləşdirilib.


Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...