Modern.az

UEFA və “Formula 1” üzrə siyasi qərarlar verilib - Ərdoğandan ittiham

UEFA və “Formula 1” üzrə siyasi qərarlar verilib - Ərdoğandan ittiham

Aktual

19 May 2021, 23:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Formula-1” üzrə dünya çempionatının, habelə Çempionlar Liqasının İngiltərənin “Mançester Siti və “Çelsi” komandaları arasında final matçının Türkiyədə keçirilməsinin ləğv olunmasını siyasi qərar hesab etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, Ərdoğan bunu gənclərlə görüşündə vurğulayıb.

 

"Hesab edirəm ki, UEFA, “Formula-1” üzrə siyasi qərarlar verilib" -  deyən Türkiyə prezidenti bununla yanaşı qeyd edib ki, UEFA Çempionlar Liqasının 2023-cü ildəki final matçının Türkiyədə keçiriləcəyini vəd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı