Modern.az

Premyer Liqanın qalibləri mükafatlandırıldı

Premyer Liqanın qalibləri mükafatlandırıldı

Aktual

19 May 2021, 23:28

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibləri mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, "Dalğa Arena"dakı tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.

 

Öncə tarixində ilk dəfə bürünc medal qazanmış "Sumqayıt"a bürünc, ardınca isə "Qarabağ"a gümüş medallar verilib. Bu zaman Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev və müdafiəçisi Kevin Medinanın medalı boyunlarına taxmamaları diqqət çəkib.

 

Sonda isə "Neftçi" qızıl medallarını alıb. "Ağ-qaralar"a çempionluq kubokunu AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia