Modern.az

İmişlidə piyadanı maşın vurub öldürdü

İmişlidə piyadanı maşın vurub öldürdü

Aktual

19 May 2021, 23:42

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə İmişli rayon mərkəzində qeydə alınıb.


“VAZ 2106” markalı avtomobil yolu keçən İmişli şəhər sakini, 1961-ci il təvəllüdlü Cavadov Rafik Qənimət oğlunu vurub.

 

Yaralı piyada xəstəxanaya çatdırılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı