Modern.az

“Qarabağ”dan ayrılan Mahir Emreli Polşa klubuna keçir

“Qarabağ”dan ayrılan Mahir Emreli Polşa klubuna keçir

Aktual

20 May 2021, 00:47

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”dan ayrılacaq.

 

Modern.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib.

 

Premyer Liqanın XXVIII turunun “Neftçi” ilə görüşündən (0:1) sonra açıqlama verən 49 yaşlı mütəxəssis hücumçunun ölkə xaricində legioner həyatı yaşayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.

 

O, Emrelinin Varşava “Legiya”sına keçidinin gözlənilən olduğunu gizlətməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı