Modern.az

Keysuke Honda Ağdama yollanıb - VİDEO

Keysuke Honda Ağdama yollanıb - VİDEO

Aktual

20 May 2021, 16:50

“Neftçi”nin yaponiyalı futbolçusu Keysuke Honda işğaldan azad olunan Ağdam rayonuna yollanıb.

 

Modern.az-ın məlumatına görə, bunu yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə paylaşımında bildirib.

 

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə birlikdə şəkil çəkdirən ulduz futbolçu paylaşımında “Qarabağ”la dünənki matçın “İmarət” stadionunda keçirilməli olduğunu vurğulayıb: “Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı “İmarət” stadionunda keçirməli idi. İnşallah, burada futbol yenidən doğulacaq”.

 

Elxan Məmmədov, Canni de Byazi və Keysuke Honda da daxil olmaqla Ağdama yollanan nümayəndə heyəti “İmarət” stadionunda futbol da oynayıb.

 

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı