Modern.az

Abşeron milli parkında tədbir keçirilib - FOTOLAR

Abşeron milli parkında tədbir keçirilib - FOTOLAR

Aktual

31 May 2021, 13:20

Uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək, onlara yaddaqalan həftəsonu təşkil etmək məqsədilə bazar günü Abşeron milli parkında mavi səma altında çərpələng uçurma yarışı keçirilib.

 

Modern.az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirdə uşaqlar dəniz sahilində çərpələnglər uçurub, qum oyunları ilə əylənib.

 

Qeyd edək ki, milli parka gələn ziyarətçilər açıq havada dəniz sahilində maraqlı həftəsonu keçiriblər. 

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri