Modern.az

Prezident Ağdamda beynəlxalq ictimaiyyətə sülh və barış mesajları verdi 

Prezident Ağdamda beynəlxalq ictimaiyyətə sülh və barış mesajları verdi 

Aktual

31 May 2021, 14:14

Mayın 28-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ağdama səfəri çərçivəsində Rayonunun tanınmış şəxsləri və deputatlarla birgə şəhərin yenidən qurulmasının Baş Planını təsdiq etdi. Milli bayramımız olan Respublika günündə keçirilən tədbirin rəmzi məna daşıdığını qeyd edən dövlət başçısı Ağdamın  bərpası ilə bağlı  təməlqoyma mərasimlərində iştirak etdi, yerli və beynəlxalq ictimaiyyətə quruculuq, sülh və barış mesajları verdi.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev deyib. Deputat tarixi səfərin mahiyyəti və orda verilən qərarların əhəmiyyəti barədə bəzi məqamları  bölüşüb:

 

“Birincisi, bu tədbir bir daha onu sübut etdi ki,  cənab Prezidentin rəhbərıyi ilə Azərbayacan xalqı və dövləti hansı sürətlə və hansı fədakarlıqla torpaqlarımızı işğaldan azad etdisə, o templə və istəklə də dağıdılmış və viran qoyulmuş şəhər və kəndlərimizi bərpa edəcək və yenidən quracaqdır. Ağdam şəhərinin Baş Planının qısa müddətdə  hazırlanaraq təsdiq olunması bunu deməyə əsas verir.

 

İkincisi, Baş Plandan bəlli olur ki, sıfırdan qurulan Ağdam Qarabağın ən böyük şəhərinə, iqtisadi və sənaye mərkəzinə çevriləcəkdir.  100 minlik əhaliyə hesablanmış şəhərdə vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə bütün addımlar atılacaq,  sənaye parkları, hotellər, yaşayış binaları, ən müasir nəqliyyat infrastrukturu, 30 minlik stadion, Qarabağ Universiteti,  teatr binası və digər bu kimi mühüm mədəni və biznes obyektləri tikiləcək.

 

Heç şübhəsiz  ki, belə bir inkişafın və təhlükəsiz yaşam şəraitin yaradılması, ilk növbədə,  praqmatik və real düşünməyi bacaran, lakin hələ də keçmiş münaqişənin təsirinə məruz qalan erməni əsilli  vətəndaşlarımızın  və onların hazırda yaşadıqları ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquq məkanına inteqrasiya olunması prosesini sürətləndirəcək”.

 

Azay Quliyev üçüncü məsələ olaraq vurğulayıb ki, bu törən həm də bəşəri dəyərlərə  iki müxtəlif yanaşmanı və təfəkkürü ortaya qoydu:

 

“Bir tərəfdən Ağdamı işğal edərək vəhşicəsinə dağıdan, bütün sosial və mədəni obyektləri yerlə yeksan edən və bu qədim diyarı  ruhlar şəhərinə döndərən erməni vandalizmi, digər tərəfdən işğaldan azad etdiyi Ağdamı şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yenidən qurmağı və dünya üçün nümunəvi şəhərə çevirməyi hədəfləyən  Azərbaycan dövləti və xalqı.

 

Hesab edirəm ki, belə bir müqayisəli tablonun üzə çıxması həm erməni faşizmini,  həmdə onu müdafiə edənlərin  siyasi və mənəvi cəhətdən növbəti məğlubiyyətidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı