Şoyqu erməni həmkarına zəng etdi Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyanla bu gün telefonla danışıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin mətbuat xidməti məlumat verib. Məlumatda qeyd edilir ki, danışıqlar zamanı bölgədəki vəziyyət və sülhməramlıların Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri müzakirə edilib.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan mayın 28-də Moskvada səfərdə olub və Şoyqu ilə üz-üzə danışıqlar aparıb.
Aysel Məhərrəm