Modern.az

Qarabağda 6 gündə 104 mina AŞKARLANDI

Qarabağda 6 gündə 104 mina AŞKARLANDI

Aktual

31 May 2021, 14:30

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, mayın 24-dən 29-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 90, tank əleyhinə 14 mina və 75 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 1 783 989 m² (178 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!