Modern.az

46 məntəqədə 4 tərəfli piyada keçidləri QURAŞDIRILIB

46 məntəqədə 4 tərəfli piyada keçidləri QURAŞDIRILIB

Aktual

31 May 2021, 16:55

Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə svetoforlarla nizamlanan bir sıra yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri davam etdirilir.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Bildirilib ki, görülən işlər çərçivəsində daha 6 yol kəsişməsində bu istiqamətdə işlər icra edilib və ümumilikdə 46 məntəqədə 4 tərəfli piyada keçidləri ilə əlaqədar işlər yekunlaşıb. Nizamlanan yol kəsişmələrində mövcud svetofor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılıb. Müvafiq yol nişanlanma xətləri çəkilib.

 

Qeyd olunub ki, səkilərdə yeni pandusların tikintisi və səkilərdə yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı