Modern.az

Ermənistan ordusunun hərbçisi özünə qəsd etdi

Ermənistan ordusunun hərbçisi özünə qəsd etdi

Aktual

31 May 2021, 17:40

Ermənistan ordusunun Gorus rayonunda yerləşən bölmələrindən birində xidmət edən hərbi qulluqçu D.Albert xidməti silahından atəş açaraq özünə qəsd edib.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, hərbçinin valideynləri bu addımı atmasına səbəb kimi, övladlarının daha çox xidmət etmiş əsgərlər tərəfindən təhqirlərə məruz qalmasını əsas gətiriblər.

 

Komandanlıq faktı ört-basdır etmək məqsədilə hələlik hüquq-mühafizə orqanlarına yazılı məlumat verməyib. Ermənistan müdafiə nazirliyi də əsgər D.Albertin özünəqəsd faktını mətbuatdan gizlədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri