Modern.az

Səfirlik azərbaycanlının qətli ilə dövlət qurumlarına müraciət ETDİ

Səfirlik azərbaycanlının qətli ilə dövlət qurumlarına müraciət ETDİ

Aktual

31 May 2021, 18:20

Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə  Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

“Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, - məlumatda qeyd olunub.

 

"Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!", - səfirlikdən vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı