Modern.az

AFFA klubların cərimələrini ləğv etdi

AFFA klubların cərimələrini ləğv etdi

Aktual

31 May 2021, 19:35

AFFA əvəzedici komandası Birinci Divizionda oynamayan, qadınlardan ibarət komandaları müvafiq liqalarda iştirak etməyən klublara güzəştə gedib.

 

Modern.az xəbər verir ki, bu barədə assosiasiyanın İcraiyyə Komitəsi qərar verib.

 

2020/21 mövsümü üçün nəzərdə tutulan müvafiq cərimə ləğv edilib. Buna koronavirus pandemiyası səbəb olub.

 

2021/22 mövsümündə əvəzedici komandasının Birinci Divizionda iştirakını təsdiq etməyən klub müvafiq qaydada 150 min manat cərimə məbləğini 3 ay ərzində ödəməlidir. Əvəzedici komandası Birinci Divizionda iştirak edən hər bir kluba AFFA tərəfindən 50 min manat ödəniləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı