Modern.az

Nardaranda xeyli sayda sursat tapıldı

Nardaranda xeyli sayda sursat tapıldı

Aktual

31 May 2021, 19:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, 1 ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.

 

Aşkar edilmiş sursatlar zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.

Sizə yeni x var
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri