Əfqanıstanda partlayış törədilib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə paytaxt Kabildə baş verib. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.
Məlumata görə, hədəf şəhər avtobusu olub. Şahidlər ölənlərin sayının 30-a çata biləcəyini bildiriblər.
Hadisənin təfərrüatı açıqlanmır.