Modern.az

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Dünya çempionatında 12 cüdoçumuz mübarizə aparacaq

Aktual

5 İyun 2021, 20:48

Sabah Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatı start götürəcək.

 

Modern.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda Azərbaycanı 12 cüdoçu təmsil edəcək. Kişilərin yarışında Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) mübarizə aparacaqlar.

 

Qadınların mübarizəsində isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) təmsil edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi