Modern.az

Bakıda iki maşın toqquşdu - xəsarət alan var

Bakıda iki maşın toqquşdu - xəsarət alan var

Aktual

5 İyun 2021, 23:31

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Faktla bağlı araşdırma aparılır (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı