Modern.az

Şuşa bəyannaməsi bir millət iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi idi

Şuşa bəyannaməsi bir millət iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi idi

Aktual

17 İyun 2021, 09:36

Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi əslində bir millət iki dövlət fəlsəfəsinin hüquqi müstəviyə köçürülməsi hadisəsi idi. Bu isə mühüm tarixi hadisədir . Çünki iki dövlət arasında strateji müttəfiqlik münasibətlərinə təhlükəsizlik və işbirliyi kontekstində yeni keyfiyyət qazandırır. Beləliklə, bir dövlətinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təhdid  edilməsi  digəri üçün də təhdid kimi qəbul edilir və lazımı tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır .

 

Modern.az xəbər verir ki, bu fikirləri Mediaturk.tv-yə açıqlamasında  deputat, jurnalist Hikmət Babaoğlu bildirib.

 

O Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa bəyannaməsi imzalanarkən tarixi Qars müqaviləsinə istinad etməsi də bununla əlaqədar idi. Çünki Qars müqaviləsinə əsasən, onun təhlükəsizliyinin təminatçısı həm də Türkiyə Cümhuiyyəti hesab edilir. İkinci mühüm bir məsələ odur ki, Şuşa bəyannaməsinin təhlükəsizliklə bağlı olan hissəsi  BMT Nizamnaməsinə istinad edilərək hazırlanıb. Bu müqavilənin hüquqi əsasları beynəlxalq hüquqa söykənir və beynəlxalq hüquq tətəfindən dəstəklənir .Yəni, Azərbaycanla Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da dərinləşdirərkən bunu üçüncü tərəfə qarşı deyil, sadəcə öz təhlükəsizliyi baxımından zəruri hesab edərək qərarlaşdırır.

 

İkinci mühüm məsələ ondan ibarətdir ki , iki qardaş ölkə müqavilədən irəli gələn öhdəçiliyi və öz təhlükəsizliklərini təmin etmək üçün  hərbi institusional qurumların mövcud  olması reallığından və zərurətindən çıxış edərək bu istiqamətdə müştərək addımlar atmaqla bağlı qərar qəbul edirlər . Yəni, Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması , modernləşdirilməsi ,müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində  sıx əməkdaşlığı da nəzərdə tutulur .Eyni zamanda  bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Bu isə əslində müdafiə güclərimizə  birgə sinxron hərəkət qabiliyyəti tanıyır . Biz bilirik ki , vətən müharibəsindən  sonra Azərbaycan Prezidenti Milli Ordumuz haqqında danışarkən  Azərbaycanda Türkiyə Ordusunun kiçik modelini yaratmaq barədə öz fikirlərini səsləndirmişdi .Türkiyə Ordusu isə dünyanın döyüş qabiliyyəti ən yüksək və modern ordularından biridir . İmzalanan  Şuşa bəyannaməsi həm də bu istiqamətdə real addımların atılmasını təmin edəcək .Başqa mühüm bir xüsus regional inteqrasiya ilə bağlıdır .Bu Cənubi Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutur .Bütün bunlarla yanaşı media , diaspora , xarici siyasətdə birgə hərəkətetmə , təhsil ,iqtisadiyyat müasir texnologiyalar, birgə investisiya planları və s. sahəlrədə də əməkdaşlığın daha da dərinləşdirilməsi ,nəzərdə tutur  ki , bu da iki qardaş ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni üfüqlərə açmaqla həm də regional əməkdaşlığı və qarşılıqlı inteqrasiyanı təşviq edir .

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi