Modern.az

Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL

Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL

Dünya

Bu gün, 11:43

Almaniyada Avropa texnologiyalarının sanksiyalardan yan keçməklə Rusiyaya göndərildiyi genişmiqyaslı sxem ortaya çıxarılıb, milyonlarla avroluq ikili təyinatlı avadanlığın müdafiə və nüvə sənayesinə çatdırıldığı bildirilir.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın əsas fiqurlarından biri 39 yaşlı iş adamı Nikita S. olub. O, Almaniya xüsusi xidmət orqanları və gömrük əməkdaşlarının dörd il davam edən əməliyyatından sonra Lübek şəhərindəki Radisson Blu Senator otelində saxlanılıb.

İstintaqın məlumatına görə, Lübekdə yerləşən “Global Trade” şirkəti Ukraynada müharibə başladıqdan sonra ABŞ sanksiyalarına məruz qalan Rusiyanın “Kolovrat” (“Siderius”) şirkəti üçün satınalma mərkəzinə çevrilib.

Bildirilir ki, Türkiyədəki vasitəçilər və saxta şirkətlər şəbəkəsi vasitəsilə Rusiyaya mikrokontrollerlər, sensorlar, ossilloqraflar, podşipniklər və digər ikili təyinatlı avadanlıqlar göndərilib. Həmin texnologiyaların müdafiə və nüvə sənayesində istifadə oluna biləcəyi qeyd edilir.

İstintaq materiallarında rusiyalı əməkdaşların Almaniya şirkətini faktiki olaraq Moskvadan idarə etdiyi iddia olunur. Onların korporativ elektron poçtlara çıxış əldə edərək özlərini alman menecerləri kimi təqdim etdikləri bildirilir.

Yazışmalarda “Rusiyanın adını çəkməmək”, göndərişlərdən əvvəl sənədləri qutulardan çıxarmaq və Türkiyədən tranzit məntəqə kimi istifadə etmək barədə göstərişlərin yer aldığı vurğulanır.

Prokurorluğun versiyasına görə, şəbəkə vasitəsilə ümumi dəyəri 30 milyon avrodan çox olan təxminən 16 min tədarük həyata keçirilib. Hakimiyyət orqanları bəzi yüklərin Rusiya müdafiə sənayesi müəssisələri və Rusiyanın nüvə proqramı ilə əlaqələndirilən VNIIA institutu ilə bağlı olduğunu iddia edir.

Araşdırmanın Almaniya Federal Kəşfiyyat Xidmətinin – BND-nin Rusiya tərəfinin daxili sənədlərinə çıxış əldə etməsindən sonra başladığı bildirilir.

Hazırda bir neçə şübhəli şəxs həbsdədir. Onları 10 ilə qədər həbs cəzası gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi