Modern.az

Tanzaniyalı deputat Modern.az-a WUF13 təəssüratlarını bölüşdü

Tanzaniyalı deputat Modern.az-a WUF13 təəssüratlarını bölüşdü

Aktual

Bu gün, 10:55

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) iştirakçılar tərəfindən qlobal şəhərsalma və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirilir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Tanzaniya parlamentinin üzvü Florent Laurent Kiyombo Modern.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, forumun əsas mövzusu olan “Dünyanı təhlükəsiz və dayanıqlı şəhərlər və icmalarla təmin etmək” çağırışı Tanzaniya üçün də xüsusi əhəmiyyət daşıyır.

“Biz ölkəmizdə bu istiqamətdə həyata keçirilən işləri təqdim etmək, həmçinin Tanzaniyada şəhərsalma və mənzil siyasəti ilə bağlı gələcək planlarımızı bölüşmək üçün buradayıq”, – deyə o vurğulayıb.

Florent Laurent Kiyombo forumun müxtəlif ölkələrin təcrübə mübadiləsi aparması baxımından vacib imkan yaratdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, dayanıqlı şəhərlərin qurulması, təhlükəsiz yaşayış mühitinin formalaşdırılması və urbanizasiya problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlıq mühüm rol oynayır.

Tanzaniyalı deputat WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisinin də maraq doğurduğunu da bildirib. 

“Sərgidə müxtəlif ölkələrin şəhərsalma, innovativ infrastruktur və dayanıqlı inkişaf layihələrinin nümayişi iştirakçılar üçün yeni təcrübələrin öyrənilməsi baxımından faydalıdır”, - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?