Modern.az

Nigar Yaqublunun istintaqı başa çatdı

Nigar Yaqublunun istintaqı başa çatdı

Aktual

14 Oktyabr 2012, 14:50

Müsavat Partiyasının üzvü, gənc fəal  Nigar Yaqublunun istintaq işi başa çatıb və iş məhkəməyə göndərilib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.  

Qeyd edək ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

A.RÜSTƏMOV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı