Modern.az

Qubada ağır qəza - 2 nəfər öldü, 3 yaralı var  

Qubada ağır qəza - 2 nəfər öldü, 3 yaralı var  

Aktual

2 Avqust 2021, 00:47

Qubada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunda qeydə alınıb.

 

Məlumata görə, “VAZ-2106” minik avtomobili ilə “Qazel” markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və həkim briqadası cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?