Modern.az

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb - YENİLƏNİB

Aktual

Bu gün, 15:15

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, TDT çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazirlər, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

14:15

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsində baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?