Modern.az

Əli Əsədov Gürcüstana səfərdədir - YENİLƏNİB

Əli Əsədov Gürcüstana səfərdədir - YENİLƏNİB

Aktual

Bu gün, 15:29

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-da Gürcüstana işgüzar səfərə gedib.

Modern.az-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

14:27

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29–30-da Gürcüstana işgüzar səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək. Əli Əsədovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılır.

Azərbaycanın Baş nazirini səfərdə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, həmçinin elm və təhsil nazirlərinin daxil olduğu nümayəndə heyəti müşayiət edəcək.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?