Modern.az

Rüstəm Xəlilov növbəti fərdi qəbul keçirib

Rüstəm Xəlilov növbəti fərdi qəbul keçirib

Aktual

Bu gün, 13:15

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti fərdi qəbul keçirib.

Modern.az xəbər verir ki, başçı fərdi qəbulda rayon sakinlərinin sosial problemləri, onların qarşılaşdığı çətinliklər və təklifləri dinləyib.

Rayon İcra Hakimiyyətində təşkil olunmuş vətəndaşların fərdi qaydada qəbulunda rayon rəhbəri tərəfindən hər bir vətəndaş diqqətlə dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub.

RİH səlahiyyətləri daxilində olan məsələlərin həlli nəzarətə götürülüb, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?