Modern.az

Azərbaycandan göndərilən enerji avadanlığı Ukraynaya təhvil verilib

Azərbaycandan göndərilən enerji avadanlığı Ukraynaya təhvil verilib

Aktual

Bu gün, 14:54

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.

Bildirilib ki, avadanlıqlar Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq humanitar yardım çərçivəsində göndərilib.

Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular təqdim olunub.

Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?