Modern.az

COVİD pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır

COVİD pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır

Aktual

25 Avqust 2021, 09:36

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

 

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVİD-19 pasportu ilə icazə verilir.

 

Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVİD-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.

 

Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı