Modern.az

Naftalanda aztəminatlı ailələrə yardım paylanıldı - FOTO

Naftalanda aztəminatlı ailələrə yardım paylanıldı - FOTO

Aktual

25 Avqust 2021, 11:21

 

Naftalanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən həyata keçirilən layihə çərçivəsində xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı, qazi ailələrinə məişət ehtiyaclarının qarşılanması məqsədilə bağlamalar paylanılıb.

 

Modern.az xəbər verir ki, humanitar yardımların paylanılmasında AzQAC-ın Goranboy-Naftalan şəhər bölməsinin əməkdaşları və könüllüləri fəal iştirak ediblər. Bölməyə gəlmək imkanı olmayan vətəndaşlar bölmə könüllüləri tərəfindən evlərində ziyarət olunublar.

 

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı