Modern.az

Azərbaycan “Akıncı” PUA-larının təqdimatında təmsil olundu

Azərbaycan “Akıncı” PUA-larının təqdimatında təmsil olundu

Aktual

30 Avqust 2021, 00:07

“Baykar” texnologiya şirkəti tərəfindən istehsal olunan “Akıncı” PUA-larının Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi münasibətilə Təkirdağda keçirilən tədbirdə Azərbaycan da təmsil olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyindən bildirilib.

 

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak və çıxış etdiyi tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.

 

Qeyd edək ki, “Akıncı” inkişaf etdirilmiş texniki imkanlar sayəsində döyüş təyyarələrinə məxsus bəzi funksiyaları həyata keçirmək qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun gələcəkdə “Akıncı” PUA-larının sifarişçilərindən olacağı ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi