Modern.az

İcra başçısı operativ müşavirə keçirib

İcra başçısı operativ müşavirə keçirib

Aktual

30 Avqust 2021, 12:10

Goranboyda dağ kəndlərinin infrastruktur vəziyyətinin öyrənilməsi və mövcud problemlərlə bağlı operativ müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərin, xidmət təşkilatları rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli  bələdiyyələrin iştirakı ilə, dağ kəndlərinin  infrastruktur vəziyyətinin öyrənilməsi və mövcud problemlərlə bağlı operativ müşavirə keçirib.

 

Müşavirədə, əhalinin və təsərrüfatların sayının dəqiqləşdirilməsi, faktiki yaşayış vəziyyətinin, yol, elektrik, təbii qaz təsərrüfatlarının, torpaq balansının və məktəb binalarının mövcud vəziyyətin öyrənilməsi istiqamətlərində geniş və açıq müzakirələr aparıldı. İcra başçısı qeyd olunan məsələlərlə bağlı dəqiqləşdirilmiş məlumatların öyrənilməsi, sistemləşdirilməsi və vaxtında təqdim olunması ilə bağlı tapşırıq və tövsiyyələrini bildirib.

 

Müşavirə, Covid-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin tələb və qaydalarına uyğun olaraq keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı