Modern.az

İcra başçısı müşavirə keçirdi

İcra başçısı müşavirə keçirdi

Aktual

13 Sentyabr 2021, 16:20

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirilib.

 

Modern.az xəbər verir ki, müşavirədə vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili,  kənd təsərrüfatı sahəsində görülmüş işlər; pambıq və tütün yığımının aparılması, rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı.

 

İcra başçısı qeyd olunan sahələr üzrə daha məsuliyyətli  və səmərəli işlərin görülməsi məqsədi ilə, ciddi tapşırıq və tövsiyyələrini bildirdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı